Azərbaycanlı məşhurların kredit borcları: 2000-70.000 manat
Dəbdəbəli və lüks həyat tərzi sürən, günlərini təmtəraqlı məclislərdə keçirən, bahalı avtomobilləri, geyimləri, aksessuarları ilə daim gündəmdə olan şou-biznes nümayəndələri bu dəfə cah-cəlallı həyatlarının görünməyən üzündən, borclarından və kreditlərindən danışıblar.
Cia.az BAKU.WS-yə istinadla xəbər verir ki, aparıcı Afaq Gəncəlinin "Şourum" verilişinə müsahibə verən məşhurlar müəyyən dövrlərdə 2 mindən 70 min manata qədər kredit borcları olduqlarını bildiriblər.
Sənətçilərin kreditə götürdüyü əşyalar arasında bahalı avtomobillərdən tutmuş telefon və soyuducu kimi müxtəlif elektronik avadanlıqlar da yer alıb.
Bəzi şou-biznes nümayəndələri isə kreditə üstünlük vermədiklərini deyiblər. Onlar arasında Xalq artisti Faiq Ağayev, o cümlədən "Avroviziya" təmsilçilərimizdən olan Səmra Rəhimli yer alıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.