Məşhur amerikalı jurnalist Seymur Herş ABŞ-ın "əl-Qaidə" lideri Usame Bin Ladenin öldürülməsilə bağlı cəmiyyəti səhv məlumatlandırdığını iddia edib. Jurnalist "əl-Qaidə" liderinin 2011-ci ildə öldürüldüyü zaman fərari olmadığı deyib. O bildirib ki, Bin Laden 2006-ci ildən bəri Pakistan kəşfiyyat xidməti tərəfindən əsiri kimi saxlanılıb. Amerikalı jurnalistə bu informasiyaları adını açıqlamayan yüksək vəzifəli ABŞ kəşfiyyat səlahiyyətlisi verib. İddialara görə, Pakistanın kəşfiyyat nümayəndələrindən biri 25 milyon dollar müqabilində Bin Ladenin yerini ABŞ-a bildirib.
Herş başından vurulan "əl-Qaidə" liderinin bədənindən bəzi parçaların bir torbaya qoyulduğunu və Əfqanıstanın Cəlalabad şəhərinə gedən bir vertolyotdan Hinduquş dağlarına atıldığını deyib. "əl-Qaidə" lideri Usamə Bin Laden ABŞ xüsusi qüvvələrinin 2 may 2011-ci il tarixində Pakistanaa təşkil etdiyi bir əməliyyatda öldürülüb. Jurnalist təşkilat liderinin islami qaydalara uyğun olaraq dəfn edildiyi iddiasının yalan olduğunu bildirib.
Herş yazısında Bin Ladenin öldürülməsinin Obamanın ilk prezidentlik dövründəki ən böyük müvəffəqiyyəti olduğunu qeyd edib. O bildirib ki, Obamanın bu uğuru daha bir dövr daha prezident seçilməsində mühüm rol oynayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.