banner
banner

Dünya

Bu xoruz 10 min dollardır - FOTO

Bu xoruz 10 min dollardır

Türkiyədə 10 min dollarlıq qiyməti olan toyuqlar yetişdirilməyə başlanılıb. ANS PRESS-in məlumatına görə, qapqara rəngi olan ev quşları Aksarayda yetişdirilir.

Ayam Cemani cinsi olan bu heyvanların vətəni Malayziyadır.

Heyvanları ilk dəfə olaraq Türkiyəyə 27 yaşlı Teoman Bekmezci gətirib. Onun sözlərinə görə, bu cinsin xoruzlarının qiyməti 10, toyuğunun isə 5 min dollardır.

"Bunlar əslində ev quşları deyil. Amma biz onları əhilləşdirmişik. Heyvanın ən böyük özəlliyi ancaq tüklərinin yox, ətinin də qara olmasıdır. Onun hətta pipiyi, gözləri, dimdiyi belə qapqaradır".

Qapqara toyuğun artıq ilk cücələri satılıb. Belə ki, bu cücələrə 350-500 lira (150-220 manat) qiymət qoyulub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.