Ramiz Zeynalov təqaüdə göndərilir? - RƏSMİ AÇIQLAMA
Fevralın 19-u Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun 71yaşı tamam olub.
Cia.az xəbər verir ki, 1951-ci il fevralın 19-da anadan olan R.Zeynalov 1994-cü ilin avqust ayından etibarən adıçəkilən idarənin rəisidir. Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə əsasən polis general-mayoru ali rütbəsi daşıyan şəxslər 60 yaşına qədər xidmət edə bilərlər. Bu Əsasnamə ilə nəzərdə tutulan hallar istisna olmaqla, xidmətin yaş həddinə çatmış əməkdaşlar daxili işlər orqanlarından xaric edilirlər. Xüsusi rütbələri tutduqları vəzifələri üçün müəyyən edilmiş rütbə həddinə müvafiq olduğu halda, işlədiyi son 5 ildə xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə həvəsləndirmə tədbirləri tətbiq olunmuş və intizam qaydasında məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam olan kiçik (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir), orta və böyük rəis heyəti vəzifələrində işləyən əməkdaşların xidmətinin müddəti xidməti zərurətlə əlaqədar onların razılığı olduqda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən artırıla bilər.
Əsasnaməyə görə yaşı 70-ə çatmış ali rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbəsi olan şəxslər xidmətdən azad edilirlər. Lakin keçən il Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun xidmət müddəti bir il artılırmışdı. Həmin müddət bitdiyi üçün onun təqaüdə göndəriləcəyi istisna edilmir. Məsələ ilə bağlı DİN-nin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Manset.az-a açıqlamasında bunları deyib: “Ramiz Zeynalovun təqaüdə göndərilməsi cənab nazirin səlahiyyətindədir. Cənab nazir necə məqsədəmüvafiq biləcəksə, elə də ediləcək. Bilmirəm, hazırda belə qərar görməmişəm.”
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.