“Manafın maşını”nın 1 günlük toy qiyməti nə qədərdir?
Son günlər Azərbaycanda toy bazarında canlanma müşahidə olunur.
Bəs, toyu karvanı, gəlin maşını üçün kirayə qiymətləri neçəyədir?
Cia.az Lent.az-a istinadən bununla bağlı araşdırmanı təqdim edir:
Kirayə maşın bazarında istənilən qiymətə maşın kirayə götürmək olar. Ən aşağı qiymət 50 manat, ən bahalısı isə 2000 manatdır. Qiymət dəyişikliyinə səbəb isə maşının hansı ölkənin istehsalı olması, avtomobilin alınma qiyməti və nə qədər məsafədə hərəkət edəcəyi ilə bağlıdır.
Qeyd edək ki, məsafələr artdıqca maşının kirayəsi də 30-60 manat artır.
Ən ucuz xidmət Almaniya istehsalı olan "BMW" və "Mercedes S-Class"larladır. Onlarda isə kirayəsi 80-300 manat arasındadır.
Araşdırmamız nəticəsində bəlli oldu ki, evlənənlər daha çox "Lexus", "Range Rover", "Prado", "Hummer", "Hyundai", "X-trail" kimi markalı maşınlara üstünlük verirlər.
Qeyd edək ki, üstüaçıq maşınların (kabriolet) kirayə məbləği daha ucuzdur. Onların kirayə məbləği 70-90 manat arasında dəyişir. İndi də qış olduğu üçün kabriolet maşınların qiyməti ucuzlaşıb. Qiyməti 500-2000 manat arasında dəyişən "Limuzin"lər isə daha çox rayonlardan sifariş verilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.