Rusiyanın kadr hərbçisi və Donbasda (Ukraynanın cənubi-şərqində - red.) separatçıların sabiq komandanı İqor (Strelkov) Qirkin hesab edir ki, Qərb Ukrayna ilə bərabər gözəl oyun oynayaraq Putini Donbasda strateji olaraq məğlub ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə o, müsahibədə bəyan edib, Еспресо.TV bildirib.
“Mən hesab edirəm ki, onlarda hər şey əla alınır, xüsusilə də Qərbdə. Mən Ukrayna barədə danışmıram, yəni onlarda hər şey əla alınır. Onlar strateji hərəkət edirlər – strateji olaraq vəziyyətdə qalibdirlər. Onların neçə təyyarəsini, tankını, helikopterini vursaq, milli qvardiyaçıları məhv etsək də, strateji olaraq biz məğlub olduq. Nəticədə biz Kiyev ətrafında deyil, onlar Donbas ətrafındadırlar. Bu nə deməkdir? Bu o deməkdir ki, strateji olaraq biz “Novorossiya” əməliyyatını uduzduq”, - Qirkin deyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.