Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti statusu dayandırılıb.
Cia.az xəbər verir ki, bu barədə federasiya məlumat yayıb.
“Ukraynada davam edən hərbi münaqişə fonunda Beynəlxalq Cüdo Federasiyası Vladimir Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti və səfiri statusunun dayandırıldığını elan edir”, – məlumatda deyilir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.