“Əgər Rusiya və Çin bu templə inkişaf edəcəklərsə onda üç-beş il sonra hərbi aviasiya sahəsində onlar Vaşinqtonu üstələyə biləcəklər”. Bu barədə ABŞ-ın Hərbi Hava Qüvvələrlərinin qərargah rəisi Mark Uelş açıqlama verib. "Çin və Rusiya bir-birinə yaxşı nümunədir. Onlar ən yaxın üç-beş ildə inkişaf templərini saxlasalar bir çox sferalarda bizi qabaqlayacaqlar", - deyə general bildirib. Daha əvvəl Rusiya xarici işlər naziri Serqey Lavrov bildirib ki, Moskva və Pekinin münasibətləri görünməmiş inkişaf dövrünü yaşayır. Ronald Reyqanın administrasiyasında çalışmış politoloq və iqtisadçı Pol Kreyq gələcək dünya siyasətinin "Rusiya Ayısı" və "Çin Əjdahası" əlində olacağını qeyd edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.