RUSİYA ORDUSUNUN GENERALI UKRAYNADA ÖLDÜRÜLDÜ - Desant diviziyasına başçılıq edirdi
Ukraynada davam edən döyüşlərdə ilk dəfə Rusiya generalı məhv edilib.
“Cia.az” xəbər verir ki, bu barədə “Rusiya Desantçılar İttifaqı”nın nümayəndəsi Sergey Çipilev öz sosial şəbəkə səhifəsində məlumat yayıb və başsağlığı verib.
Söhbət Rusiya Silahlı Qüvvələri 41-ci ordu komandanının müavini, 7-ci desant diviziyasının keçmiş komandanı general-mayor Andrey Suxovetskidən gedir.
Məlumatda qeyd olunur ki, general-mayor Rusiyanın “xüsusi əməliyyat” adlandırdığı döyüşlərin birində həlak olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.