Müharibənin 8 günü ərzində 28 uşaq rus işğalçılarının silahlarından həlak olub. Eyni zamanda 64 uşaq xəsarət alıb.
Cia.az xəbər verir ki, bunu jurnalistlərə Ukrayna prezidentinin uşaq hüquqları və uşaq reabilitasiyası üzrə komissarı Daria Gerasimçuk deyib.
Bundan əlavə, o, bildirib ki, 1 milyon yarıma yaxın uşaq mərmilərdən əziyyət çəkən və mühasirəyə alınan ərazilərdədir.
Onların arasında təcili yardıma ehtiyacı olan kimsəsiz və sağlamlıq imkanları məhdud uşaqlar da var.
Ukrayna hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edərək bildirib ki, bu ölkənin mülki əhalisinin təhlükəsiz təxliyəsi üçün humanitar dəhlizlərin təşkilinə təcili ehtiyacı var.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.