banner
banner

Sosİal

BDU-nun tələbəsi itkin düşdü - Foto

BDU-nun tələbəsi itkin düşdü - Foto

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi itkin düşüb.

Cia.az xəbər verir ki, BDU-nun ikinci kurs tələbəsi, 2003-cü il təvəllüdlü İlkin Qənbərli martın 1-də evdən çıxıb və geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə Şöbəsinin rəisi Elşad Hacıyev tələbənin itkin düşməsi ilə bağlı axtarış elan olunduğunu deyib.

“Onun fotoşəkilləri çoxaldılaraq polis əməkdaşlarına paylanılıb. Hazırda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onu görənlərdən polisə məlumat vermələri xahiş olunur”, – deyə Elşad Hacıyev qeyd edib.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.