banner
banner

Gündəm

TƏCİLİ: Deputat Leyla İbrahimova oğurlandı – FOTO

TƏCİLİ: Deputat Leyla İbrahimova oğurlandı – FOTO

Ukraynanın Zaporojye vilayət şurasının deputatı Leyla İbrahimova evindən qaçırılaraq, naməlum istiqamətə aparılıb.

 

Cia.az xəbər verir ki, bu barədə Krım Tatar Milli Məclisinin deputatı Eskender Bariyev bildirib.

“Bu gün Melitopolda səhər saat 6-da Rusiya ordusuna məxsus hərbi geyimdə olan silahlı şəxslər Zaporojye vilayət şurasının deputatı, yerli Krım tatar xalqının nümayəndəsi, Melitopol şəhər diyarşünaslıq muzeyinin direktoru Leyla İbrahimovanın evinə girərək axtarış aparıblar, telefonlarını müsadirə ediblər. Leyla İbrahimovanın özü naməlum istiqamətdə aparılıb”, – deyə deputat bildirib.

 
 

 

L.İbrahimovanın qohumları və partiyadaşları məlumatı təsdiqləyiblər. (baku.ws)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.