Sizinlə danışarkən sizdən çəkinər, üzü qızara bilər və gözlərini sizdən qaçıra bilər. Sevən kişi sevdiyi qızdan çəkinər. Əgər sizdən xoşu gəlir, amma sizə açılmırsa; sizinlə danışa bilməz və danışarkən də gözlərini gözlərinizdən qaçırar.
Hər fürsətdə sizinlə yaxınlıq qurmağa çalışar. Yanınızda olmaq üçün heç bir fürsəti qaçırmaz. Ətrafınızda gəzər. Təsadüflər yaradar. Təsadüfən qarşılaşmış kimi edər, amma sizi təqib edər və fiziki olaraq yaxınınızda olar.
Əsəbi və çılğın ikən sizi gördükdə sakitləşər. Sizin yanınızda sizin gözünüzə girmək üçün özünü kiçildəcək bir sıra hərəkət edə bilər.
Onu "görməyiniz" üçün heç danışmayacağı mövzularda danışmağa başlaya bilər.
Sizə internet mühitində də yaxınlaşmağa çalışar. Facebookda dostunuz olar, divarınıza şərh yazar, digər məcralarda da tez-tez qarşınıza çıxar və sizinlə dialoq qurmaq cəhdləri edər.
Sizdən təsirlənən kişi hərəkətləriylə bunu açıq-aşkar bəlli edər əslində. Fərqli davranar, bəzən çox susar, bəzən çox danışar, sizə çiçək verər, telefon nömrəsi istər, ilk axtaran o olar və sizinlə tez-tez görüşmək istər.
Sevən kişi, sevdiyi qadınla hər zaman ünsiyyət halında olmaq istər.
Sadiq kişi şəffafdır. Sizdən bir şey saxlamaz. Axtardığınızda dərhal yanınızda olar. Onun həyatıyla əlaqədar əhəmiyyətli inkişaflardan hər kəsdən əvvəl sizin xəbəriniz olar. Fikirinizi alar. Sizdən soruşar. Sizinlə əlaqədar da planlar qurar. Sevən kişi, sevdiyi qadına sahiblənici yaxınlaşar və qısqanar.
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.