banner
banner

Sağlamlıq

TƏBİB koronavirus zamanı antibiotikdən istifadə ilə bağlı xəbərdarlıq edib

TƏBİB koronavirus zamanı antibiotikdən istifadə ilə bağlı xəbərdarlıq edib

Koronavirus dövründə antibiotiklərin istifadəsi düzgün deyil”.

Cia.az xəbər verir ki, bunu "TƏBİB məsləhəti" proqramında TƏBİB-in Dərman və tibb vasitələrinin planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib. Onun sözlərinə görə, bu xəstəlik virusla yoluxduğu üçün onun müalicəsində antibiotiklər işə yaramır:

“Çünki viruslar hüceyrəvi quruluşa malik deyil. Antibiotiklər bakteriyaları məhv edir. Eyni zamamda daha bir yanlış fakir var ki, antibiotik hərarəti salır. Əksinə, antibiotik hərarət salmaq üçün düzgün vasitə deyil. Antibiotik bakteriyanı öldürür, buna görə hərarət normallaşır”.

Şöbə müdiri qeyd edib ki, koronavirus dövründə virus bədəndə viral prosesi başladır, antibiotik istifadəsi zamanı isə ona daha bir bakteriya qoşulur:

“İlkin müalicə virus əleyhinə preparatlardır. Ondan sonrakı müddətdə infeksionistlər test aparır, ehtiyac olduğu halda istifadəsi tövsiyə edilir. İnsanların özbaşına koronavirus xəstəliyini antibiotiklərlə müalicə etməsi doğru deyil və olduqca təhlükəlidir” – o deyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.