Putini devirmək istəyən 2 FSB generalı həbs olundu - İlginc iddia
Rusiya prezideti Vladimir Putinin Federal Təhlükəsizlik Xidmətində (FSB) "təmizləmə" işlərinə başladığı iddia olunur.
Cia.az "Meduza"ya istinadla xəbər verir ki, "təmizləmələr" əsasən FSB-nin 5-ci şöbəsində başlayıb.
Bu şöbə Ukraynadakı mövcud siyasi-ictimai vəziyyətlə bağlı səhv hesabatlar hazırlamaqda ittiham olunur.
Qərb mənbələri isə bir neçə FSB generalının Putini hakimiyyətdən kənarlaşdırma cəhdinə görə həbs edildiyini iddia edir.Onlardan ikisinin adı açıqlanıb: FSB-nin xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Orestoviç və onun müavini Anatoli Bolyuxdur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.