Azəriqaz” İstehsalat Birliyi bu il ərzində respublika üzrə ən azı 10 min xüsusi qurğular ilə təchiz edilmiş “ağıllı” sayğacın tətbiqini nəzərdə tutur.
“APA-Economics”in xəbərinə görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, mərhələli şəkildə bütün Azərbaycanda bu cür “ağıllı” sayğacların (bu tip sayğaclar məlumatların məsafədən oxunulmasına, qazın verilişinin məsafədən dayandırılmasına və bərpa edilməsinə imkan verir – red.) tətbiqi davam edəcək.
Qeyd olunub ki, ağıllı sayğacların tətbiqinə 2021-ci ildə start verilib.
Xatırladaq ki, hazırda respublika ərazisində smart-kart tipli sayğaclardan da istifadə edilir. Yaxın bir neçə il ərzində “Azəriqaz” əvvəlcədən ödənişli smart-kart tipli sayğacların alınmasını dayandıracaq.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.