Rəqqasə Rəna Ağamuradova (Renka) şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
O, bu barədə “MTV Maqazin”ə danışıb.
Həyatında birinin olduğunu deyən Renka bunları bildirib:
“36 yaşıma qədər belə sevgi yaşamamışam. Bir ayın içərisində bir dəfə belə ayrı qalmamışıq. Mənim həyatımda belə sevgi olmayıb. Sevinirəm ki, bu hiss artıq yaşadım və sevildim. Heç kim bilmir. Mən kimsə ilə maraqlanmıram ki, kim kimlə sevgilidir, ya nədir. Niyə mənim haqqımda fikirləşirsiniz? Həkimimdən, dırnaq ustam, hər kəsdən soruşurlar. Münasibətimiz kifayət qədər ciddidir. Ərə gedirəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.