Türkiyəli qapıçı oyun vaxtı infarkt keçirdi: Dünyasını dəyişdi
Türkiyəli veteran qapıçı - "Bodrum Bələdiyyəsi Masterlər" komandasının futbolçusu Fatih Mumcu Hadisə Ege Bölgəsi Masterlər Futbol Federasiyası Liqasının keçirdiyi turnirin "9 sentyabr Masterlər"lə final matçı zamanı dünyasını dəyişib.
Cia.azxəbər verir ki, 43 yaşlı oyunçu matçda özünü pis hiss edib və yerə yıxılıb. Ona komanda yoldaşları tərəfindən ilkin yardım göstərilib. Daha sonra qapıçı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Fatih Mumcu peşəkar karyerasında "Batman Petrolspor" və "Tavşanlı Linyitspor"un formalarını geyinib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.