ABŞ prezidenti Barak Obama və Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz Fars körfəzi ölkələrinin liderlərinin sammitinə hazırlıq çərçivəsində danışıqlar aparıb. Ağ evin rəsmi nümayəndəsi bildirib ki, əvvəllər bəzi mətbuat orqanları Səudiyyə Ərəbistanı kralının bizim prezidentlə görüşə getməyəcəyini yazmışdı. Amma, bu baş tutdu və dövlət başçılarının görüşündə birgə hərbi dəniz təlimləri, terrorizmlə mübarizə məsələləri müzakirə olunub. Xatırladaq ki, sammit Kemp-Deviddə bu həftənin sonunda baş tutacaq.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.