banner
banner

Şou

Bakının mərkəzində bayağı reklam - “Sən mənə aşiq, Rəisim...“

Bakının mərkəzində bayağı reklam - “Sən mənə aşiq, Rəisim...“

Azərbaycanda "sevgilisi polis rəisidir" deyilən müğənninin klipi son günlərin ən çox müzakirə doğuran mövzulardan biridir.

Cia.az xəbər verir ki, gənc ifaçı Müjgan Ayxanın "Rəisim" mahnısını reklam etmək üçün Heydər Əliyev prospektində bilbord alması da gündəmə gəlib.

Sosial şəbəkə istifadəçiləri paytaxtın əsas küçələrindən birini bayağı təbliğatın “bəzəməsinə” kəskin etiraz bildiriblər. Onlar bütöv bir cəmiyyəti belə bayağılıqla üz-üzə qoymağın yolverilməz olduğunu deyiblər.

Qeyd edək ki, Müjgan Ayxan “Rəisim” mahnısını ümumilikdə dövlətimizin keşiyində duran bütün hüquq-mühafizə orqanlarının əməkdaşlarına həsr etdiyini qeyd edib: “Bu mahnı şəxsən kiməsə həsr olunmayıb. Hər sahəyə aid olan mahmılarımız var və rəislərimizə də aid mahnılar ola bilər”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə oxu.az-a açıqlamasında istənilən müsbət təbliğatın maarifləndirmədə faydalı olduğunu bildirib.

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.