Hitler ordusunun zabiti Eqon Olenhauerin gündəliyinə əsasən İkinci Dünya müharibəsi zamanı sovetlər tərəfindən ilhaq edildikdən sonra Adolf Hitler Üçüncü Reyxin fürerini qızıl sikkələr, qızıllarla dolu 260 yük maşını müasir Polşada 26 yerdə gizlətməyi əmr edib. İndi həmin xəzinələrin axtarışı gedir.
Xəzinənin gizləndiyi yerlərlə bağlı yeni məlumatlar əldə edilib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Mətbu orqanının yazdığına görə, bir qrup xəzinə ovçusu köhnə Polşa sarayının ərazisində İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən gizlədilən zinət əşyalarının ola biləcəyi metal konteyner tapdıqlarını bildiriblər. Xəzinə ovçuları Polşanın cənubunda Minkovsk yaşayış məntəqəsində tərk edilmiş sarayın ərazisində 3 metr dərinlikdə basdırılmış uzunluğu 1,2-1,5 metr, diametri təxminən 50 santimetr olan dəmir qutu tapıblar. Kəşf georadarın axtarışı nəticəsində baş verib. Bu Minkovskda axtarılan xəzinənin yalnız bir hissəsidir.
Xəzinə axtaranlar hesab edir ki, bu gizlədilən 48 sandıqdan biridir.
Polşanın cənubunda qazıntıların başlanması ötən il aprelin sonunda məlum olub. Nasistlərin əxlaqsızlıq yuvası kimi istifadə etdiyi binanın altında başqa şeylərlə yanaşı, Breslau qızılı deyilən qızıllar - qiymətli kağızlar, sənət əsərləri, muzey kolleksiyaları, sənədlər və suya davamlı qutulara yığılmış digər qiymətli əşyalar gizlədilib.
Xəzinə ovçuları orada on ton qızıl tapmağa ümid edirlər. Xəzinələr təxminən 700 milyon dollar dəyərində qiymətləndirilir.
İki əsrdən çox əvvəl azərbaycanlı diplomat Avropanın ən nüfuzlu gizli təşkilatlarından birinə qəbul edilib. Musavat.com xəbər verir ki, bu barədə "Milli Kimlik" tarixi mənbələrə istinadla məlumat yayıb.
Avropa sakinləri son onilliklərin ən möhtəşəm astronomik hadisələrindən birinə hazırlaşırlar. Artıq bu ilin yayında - 12 avqust 2026-cı il tarixində son 27 ildə ilk dəfə tam günəş tutulmasını izləmək mümkün olacaq.
Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.
İyun ayı ulduzların bizə qarşı xüsusilə comərd olduğu bir dövrdür. Astrolojik proqnozlara görə, bu ay elə günlər var ki, uğur sanki öz ayağı ilə gəlir. Həyatınızda yenilik etmək və ya yeni layihəyə başlamaq istəyirsinizsə, mütləq bu tarixləri seçməlisiniz.
Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur.
Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər