Ötən gün axşam saatlarında Lənkəran-Lerik yolunda torpaq çöküb. Hadisə dünən saat 17 radələrində yolun 29 və 30-cu kilometrliyində qeydə alınıb. Məlumat daxil olan kimi dərhal hadisə yerinə 43 saylı Lerik rayon Yol İstismar Sahəsinin ağır texnikası və işçi qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yol təmizlənməklə nəqliyyatın hərəkəti bərpa olunub. Qeyd edək ki, Lənkəran-Lerik yolunda intensiv olaraq torpaq çökməsi qeydə alınır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.