"Barselona"nın futbolçusu Jerar Pikenin Şakiraya xəyanətinin üstü açılıb.
Cia.az "Scandale Use"yə istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi sarışın bir xanımla gizli görüşü zamanı restoranın qaranlıq bir küncündə oturub və tanınmamaq üçün başına köynəyinin papağını keçirib. Amma restoran sahibinin oğlu ulduz oyunçunu tanıyıb və ondan avtoqraf almaq üçün anasına məlumat verib, lakin Pike bununla razılaşmayıb.
Tanınmış bloger olan restoran sahibi Katrin Zitomerska Pikenin xanımla birlikdə gizli fotosunu çəkib və sosial şəbəkə hesabında ulduz futbolçunu da işarələyərək paylaşıb. Bundan sonra Şakira da sözügedən şəkli görüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.