banner
banner

Sosİal

Sumqayıta "uçan" qatarlar

Sumqayıta "uçan" qatarlar

Bakı-Sumqayıt dəmir yolu xəttinin bir ay sonra istifadəyə verilməsi planlaşdırılır.
Dəmiryolunda yeni qatarlar həmin xəttə buraxılacaq. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirlib ki, hazırda Bakı Sərnişin Vağzalında və Sumqayıta gedən dairəvi yolda təmir işləri gedir. Burada 1500 metr uzunluğunda baş yollarının təmiri həyata keçirilir. Artıq köhnə yolun söküntüsü başa çatıb. Yeni platformalar tikilir və turniketlər qurulur.
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib. Bu günə kimi 33 km yol əsaslı təmir olunub. Təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq. 
İşlər başa çatdıqdan sonra 2 mərtəbəli qatarların və ya içərisində kondisioner, Wi-Fi, sanitar qovşağı olan digər qatarların gətirlməsi nəzərdə tutulub. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.