banner
banner

Gündəm

Mobil gömrüyün rəisi NİYƏ TƏŞVİŞƏ DÜŞÜB? - İLGİNC İDDİALAR...

Mobil gömrüyün rəisi NİYƏ TƏŞVİŞƏ DÜŞÜB? - İLGİNC İDDİALAR...

Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləmiş general Rəsulov Məsum Eynalı oğlunun həbsindən sonra növbənin onun qudası, Mobil Gömrük və Mallara Elektron Nəzarət İdarəsinin rəisi Məmmədli Ramiz Vaqif oğluna çata bilər.

Cia.az TİA.Az-a istinadən xəbər verir ki, iyulun 15-də Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılmış Məsum Rəsulovun həbsi qudası polkovnik Ramiz Məmmədlini səksəkə içində saxlamaqdadır.

İdarə rəisi qudasının həbsi ilə əsas dayağını itirmiş olub. Üstəlik, M. Rəsulov Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevlə sinif yoldaşı olub. Mehdiyevin işdən çıxarılması, daha sonra Rəsulovun həbsi Məmmədli üçün qara günlərin başlamasına səbəb olub. Məlumata görə, hələlik komitədə idarə rəisi vəzifəsini tutan Ramiz Məmmədli buna qədər Nehrəmdə tarix müəllimi işləyib. Amma sonradan onun üçün gömrük orqanlarının kluarlarında yollar açılıb, karyera pillələrində irəliləyib. İndisə Mobil Gömrük və Mallara Elektron Nəzarət İdarəsinin rəisi postunda tikan üstündə oturmuş kimi əyləşməkdədir. Bunun ardınca Komitənin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov tutduğu vəzifədən azad olunması, hüquq-mühafizə orqanları tərəfindən dindirilməsi, haqqında cinayət işi açılması xəbərləri prosesin davamının gələcəyi ehtimallarını gücləndirib. Bu da Ramiz Məmmədlini daha da həyəcanlandırıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.