Hərəkət etmədən də arıqlamaq olar - Həkim məsləhəti
Sübut olunub ki, artıq kaloriləri marafona çıxmadan, yataqda yatarkən də yandırmaq olar.
Bəs orqanizmi yağları daha aktiv yandırmağa necə məcbur etmək olar?
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı həkim Kristoffer Yoner orqanizmi "işə salmağın" ən sadə yolları barədə bir neçə məsləhət verib.
"Səhərlər kofe əvəzinə yaşıl çay için. Yaşıl çayın tərkibindəki antioksidantlar metobolizmi sürətləndirir. Buna görə, hətta dincələn zaman belə kalori yandırırsınız.
Yüzlərlə araşdırmalar göstərib ki, adi su içmək metobolizmin sürətini 30 faiz artırır. İnsanlar çox zaman susuzluğu aclıqla səhv salırlar. Əgər acan zaman su içsəniz, bu artıq yeməklə yüklənmənin qarşısını alar.
Əgər arıqlamaq istəyirsinizsə, vücudunuzu düz saxlayın, düzgün tutulmuş vücud yağların yandırılmasına ximət edir. Məsələn, gün ərzində qarnınızı içinizə çəkərək yeriməyə cəhd etmək elə bir növ qarın əzələsini idman etdirmək deməkdir. Çalışın onurğa sütununuz düz dayansın", - deyə doktor tövsiyə edib. \Lent.az
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.