“Baku HOG Azerbaijan” komandasının Heydər Əliyevin anadan olmasının 92-ci illiyinə həsr olunan “Heydər Əliyev yolu ilə” adlanan motoyürüşü başa çatıb. Baykerlərimiz artıq Bakıya qayıdıblar. “Baku HOG Azerbaijan” komandasının rəhbəri Vahid Mustafayev bu yürüşlə bağlı təəssüratlarını bölüşərkən yürüş ərəfəsində təssüf keçirdiyi məqamlara da toxunub, bu isə əbəs deyil. Naxçıvana İran üzərindən səfər edən bayker qrupu işğal altında olan Cəbrayıl və Zəngilan rayonlarının görüntülərini çəkiblər. ANS-in əməkdaşı dağılmış evlərin və orada yaşayışın demək olar ki, olmadığının, hərbçilərin keşik çəkdiyini müşahidə edib.
“Heydər Əliyev yolu ilə” adlanan motoyürüşü Naxçıvan ərazisində başa çatdı. Artıq baykerlərimiz vətənə qayıdırlar, ilk istiqamət İran sərhəddidir.
İran İslam Respublikasında baykerlər müəyyən ərazilərdə dayanırdılar. Hər dəfə yerli sakinlər onlara yaxınlaşıb, rəğbət nümayiş etdirirdi. Bu sırada cənubda yaşayan soydaşlarımızı xüsusilə qeyd etmək lazımdır.
1979-cu ildən sonra ilk dəfə idi ki, İrana əfsanəvi “Harley-Davidson” motosikletlərı daxil olurdu. Bu mənada iranlıların heyrətlənməsi gözdən qaçmırdı. Həm baykerlərin özü ilə, həm də onların motosikletləri ilə fotolar çəkdirirdilər.
İran yürüş zamanı ürəkağrıdan məqamlar da oldu. Arazın o tayında erməni işğalı altında olan torpaqlarımız, dağıdılmış evlər, xarabalığa çevrilmiş Cəbrayıl-Zəngilan gördük.
Azərbaycan torpaqlarında erməni toponimləri, ermənicə yazılmış yanacaqdodurma məntəqəsi, Ermənistan əsgərlərinin müşahidə qüllələri yer alır.
Ərazilər demək olar ki, boşdur. 1992-93-cü illər işğaldan sonra, azərbaycanlıların öz torpaqlarından qovulmasından sonra bu ərazilərdə yaşayış yox səviyyəsindədir.
Arasıra avtomobillərin hərəkət etdiyini görmək olar. Araz çayı üzərində 11 və 15 aşırımlı Xudafərin körpüsü erməni vandalizminin qurbanı olub. Yenə dağıdılmış şəhər - Cəbrayıl.
Baykerlər Araz boyu, Şərqi Azərbaycan vilayəti ilə, daha sonra Ərdəbil vilayəti, Farsabad ərazilərindən keçərək Azərbaycan sərhədinə çatdılar.
İran Azərbaycan sərhəddində də baykerlərimiz böyük maraqla qarşılandı. Hazırda izdiham yaşanır, iranlılar baykerlərimizi əhatəyə alıblar. Onların arasında yerli motosikletçilər də var.
İranlı baykerlər öz məharətlərini də nümayiş etdirirdilər. Nəhayət baykerlərimiz gecə saatlarıda Azərbaycan sərhəddini keçdilər. Bununla da “Heydər Əliyev yolu ilə” adlanan motoyürüş Bakıda başa çatdı.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.