banner
banner

Hərbİ

ABŞ Gürcüstana 26 ton ağırlığında, milyonlarla dollar dəyərində hərbi yardım etdi

ABŞ Gürcüstana 26 ton ağırlığında, milyonlarla dollar dəyərində hərbi yardım etdi

Cia.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Birləşmiş Ştatlar Gürcüstanın Silahlı Qüvvələrinə 26 ton ağırlığında, ümumi dəyəri 11,5 milyon dollar məbləğində silah-sursat verib. Bu barədə açıqlamanı Amerika Birləşmiş Ştatlarının Tbilisidəki səfirliyi verib.

Açıqlamada deyilir: “Bu gün biz Gürcüstanın Müdafiə Qüvvələrinə öz imkanlarını gücləndirməsi üçün 26 ton yardım etdik. 11,5 milyon dollarlıq təchizat ABŞ hökumətinin öz strateji tərəfdaşı olan Gürcüstanı dəstəkləmək yollarından biridir”.

Diplomatik nümayəndəlik təchizatın məhz nədən ibarət olduğunu dəqiqləşdirməyib.

Hürr Tərcüman



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.