Ermənistanla Azərbaycan arasındakı münaqişə KTMT-nin səlahiyyətlərinə aid deyil.
Bunu "Arqumentı i faktı” qəzetinə müsahibəsində Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.
Onun sözlərinə görə, KTMT-yə üzv olan ölkələrin hər biri təşkilata münasibətini müstəqil şəkildə müəyyənləşdirir: "Rusiyaya gəlincə, məlumdur ki, biz nizamlanmanı ən səmimi şəkildə təşviq edirik. Üstəlik, bizim səylərimiz hər iki tərəfdən eyni dərəcədə tələb olunur. Başqa cür ola bilməz, vəziyyət ancaq bu şəkildə inkişaf edə bilər. Bu münaqişədə yalnız bir tərəfi dəstəkləmək mövqeyindən çıxış etmək onu daha da gərginləşdirmək deməkdir. Sülh yolu ilə nizamlanma mövqeyini tutmaq və bu nizamlanma şərtlərinin bütün tərəflər üçün məqbul olmasına kömək etmək lazımdır”.
"Məsələn, Qərbin Ukrayna münaqişəsində birmənalı mövqe tutması onun nizamlanmasına hansısa şəkildə töhfə verdimi? Xeyr, yalnız onu gərginləşdirdi. Türkiyənin və ya Çinin, digər güclü oyunçuların daha balanslı mövqeyinə baxın. Mən eyni Türkiyənin siyasətini ideallaşdırmıram - Ermənistan-Azərbaycan münaqişəsində o, bir tərəfin mövqeyini dəstəkləyib və mənim nöqteyi-nəzərdən burada yanılır. Lakin Ukraynaya münasibətdə o, məsuliyyətli beynəlxalq oyunçu kimi daha ehtiyatlı davranır”, deyə Kosaçev bildirib. \Qaynarinfo
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.