banner
banner

Sağlamlıq

Gecələr tualetə çıxmaq ürək xəstəliyindən ola bilər

Gecələr tualetə çıxmaq ürək xəstəliyindən ola bilər

Ürək çatışmazlığı durğunluqla özünü biruzə verir.

Ürəkdə o zaman ciddi xəstəlik yaranır ki, o qanla kifayət qədər oksigen ala bilmir və funksiyası zəifləyir.

Cia.Az xəbər verir ki, kardioloq Con Uayt keçirilmiş kovid və qripdən sonra miokarditin iltihablanması nəticəsində ürək çatışmazlığının yarana biləcəyini deyib.

Yüksək təzyiq, böyrək, şəkər, zob xəstəlikləri, spirtli içki, tütün, piylənmə də ürək çatışmazlığı riski yaradır.

Ürək çatışmazlığı olanlar sakit infarkt keçirir və güclü ağrı, simptom hiss etmir.

Ürək çatışmazlığı olanlar əzgin olur, aktiv həyat keçirə bilmir, tez yorulur, eləcə də xarici görünüşündə dəyişiklik baş verir.

Xəstələrdə ayaq, əl, üz, qarın şişir, ödemləşir, maye böyrəklər vasitəsilə çətin qovulur. Belə adamlar gecə yuxudan 2 dəfə, 3 dəfə sidiyə oyanır.

Ürək çatışmazlığının digər əlamətləri:

- Qanazlığı

- Təngnəfəslik

- Enerji azlığı

- Ürək döyüntüsü artması

- Soyuq əllər, soyuq əllər

- Dırnaq və dəridə göyərmə

- Baş hərlənmə

- Narahatlıq, çırpınma

- Yuxuda boğulma

Ürək çatışmazlığını gözardı etmək olmaz, vaxtında aşkar olunmalı və müalicə edilməlidir.

Çünki ürək normal işləmədikdə ağciyərlər, beyin, qaraciyər, böyrəklər sıradan çıxır. 

 

Medicina.Az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.