banner
banner

Gündəm

İcra başçısının bu addımı tənqid olundu

İcra başçısının bu addımı tənqid olundu

Qazax rayonunun icra başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri ilə birgə rayonunun Orta Salahlı kəndində yaşayan Axısqa türkləri ilə görüşüb və Türkiyədə baş vermiş faciə ilə bağlı başsağlığı verib.

Cia.az xəbər verir ki, icra başçısının bu addımı sosial şəbəkələrdə tənqid olunub. Bildirilib ki, icra başçısının belə bir addımı Axısqa türklərinin tarixi, coğrafiyası ilə bağlı heç bir məlumatının olmamasından irəli gəlib. Onun Türkiyədəki zəlzələ ilə bağlı Axısqa türklərinə başsağlığı verməsi təəccüblə qarşılanıb.

Bildirək ki, Qazaxda yaşayan axısqa türklərinin etnik yaşayış yerləri Gürcüstanın Məhsəti bölgəsi olub. 1944-ci ildə onlar Stalin repressiyasının qurbanı olaraq kütləvi şəkildə öz doğma yerlərindən deportasiya ediliblər. Azərbaycandakı axısqa türklərinin də ana vətənləri məhz Məhsəti bölgəsidir.

yenisabah.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.