banner
banner

Dünya

Sel və sürüşmə 40 nəfərin ölümünə səbəb olub

Sel və sürüşmə 40 nəfərin ölümünə səbəb olub

Cia.az TRT Haber kanalına istinadla xəbər verir ki, Braziliyanın San-Paulu vilayətində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində 40 nəfər həlak olub, 338 nəfər evsiz qalıb. Hərbi vertolyotlar vasitəsilə 228 nəfər fəlakət zonasından köçürülüb.

Braziliyanın Milli Metereologiya İnstitunun açıqlamasına görə, ümumilikdə fevral ayının ortalama norması olan həcmdə yağış 24 saat ərzində bölgəyə yağdığından təbii fəlakətə səbəb olub.

Yollar, elektrik xəttləri seldən və sürüşmədən böyük zərər çəkib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.