Zəlzələdə ölən adam dəfn edilərkən "dirildi" - FOTO
Suriyada hər kəsi şoka salacaq hadisə yaşanıb.
Cia.az xəbər verir ki, baş verən güclü zəlzələdən sonra dağıntılar altından çıxarılan Ahmed al-Maghribinin hərəkətsiz qaldığı üçün öldüyü düşünülərək soyuq morqa aparılıb.
İki gün morqda qalan al-Maghribin daha sonra ailəsinə təhvil verilib. Onlar Ahmedi cəsəd torbasına qoyaraq dəfn etməyə aparıblar.
Məzarlığa çatanda al-Maghribin torbanın içində hərəkət etməyə başlayıb. Bu vəziyyətdən şoka düşən ailəsi onu dərhal xəstəxanaya aparıb.
Hazırda həkimlər onun səhhətinin günbəgün daha da yaxşılaşdığını bildirib. Ahmed al-Maghribinin ürəyinin anidən dayandığı, sonra isə yenidən fəaliyyətini bərpa etdiyi iddia edilib.
Suriya mətbuatında yer alan məlumatlara əsasən, bu milyonda bir insanda rast gəlinən hadisədir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.