Yaponiyada zəlzələ meydana gəlib. Yaponiyanın Honşu adasının şərq sahillərində 6.9 bal gücündə zəlzələ qeydə alınıb. bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) xəbər yayıb.
Zəlzələnin episentri Sakit okeanda, Ofunatu şəhərindən 33 kilometr məsafədə, ocağı 38.9 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanları bir neçə bölgəsində, eləcə də paytaxt Tokioda yaşayan sakinlər tərəfindən hiss edilib.
Zərər çəkənlər və dağıntı hadisələri haqqında məlumat verilməyib. Sunami təhlükəsi isə yoxdur. Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyada baş vermiş 9 bal gücündə zəlzələ və bunun ardından başlamış dəhşətli sunami təxminən 28 min insanın həyatına son qoyub. Onlardan yalnız yarısının cəsədi tapılıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.