banner
banner

Gündəm

Ramiz Rzayev 18 il sonra postu ilə vidalaşır?

Ramiz Rzayev 18 il sonra postu ilə vidalaşır?

Vəkil Əkrəm Həsənov Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddətinin başa çatdığını iddia edib.

Cia..az xəbər verir ki, hüquq müdafiəçisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, bu yaxınlarda R.Rzayevin 70 yaşı tamam olub:

“Əslində, Ramiz Rzayevin səlahiyyət müddəti 2 il əvvəl bitmişdi. Çünki qanuna görə Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68-dir. Sadəcə sədr 5 il müddətinə təyin olunduğu üçün qanuna zidd olaraq 2 il də sədrlik etdi”.

Məsələ ilə bağlı Ali Məhkəmənin Mətbuat Xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi. Quruma daha sonra yazılı sorğu ünvanladıq.

Qeyd edək ki, Azərbaycanda Ali Məhkəmə sədri Prezidentin sərəncamı ilə 5 il müddətə təyin olunur. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. İcraatında iş olduğu zaman zaman hakimin səlahiyyət müddəti başa çatarsa, onun səlahiyyəti həmin işə baxılıb qurtaranadək davam edir.

Xatırladaq ki, R.Rzayev 2005-ci ildən Ali Məhkəmənin sədridir. O, sonuncu dəfə 2018-ci ildə (65 yaşı olarkən) müvafiq vəzifəyə təyin edilib. Bu il fevralın 25-də onun 70 yaşı tamam olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.