Nepalda səkkiz min nəfərin ölümü ilə nəticələnən zəlzələdən sonra ötən gün baş verən zəlzələdə də ölənlərin sayı artır. Everest dağı yaxınlığında meydana gələn 7.3 bal gücündə zəlzələdən sonra ölənlərin sayının 50-ni keçdiyi, 1000-dən çox yaralı olduğu bildirilir. Hindistanda isə ən az 17 nəfərin öldüyü barədə məlumat yayılıb. Yeraltı təkanlar 75 bölgədən 31-də, hətta qonşu ölkə hindistanın paytaxtı Delhi və banqladeşin paytaxtı Dakkada da hiss olunub. Qeyd edək ki, yeraltı təkanların gücü 7,3 bal təşkil edib. Zəlzələnin episentri paytaxt Katmandudan 70 km aralıda qeydə alınıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.