banner
banner

Sosİal

Suyu kəsilənlərin NƏZƏRİNƏ

Suyu kəsilənlərin

“Azərsu” ASC Su komitəsinin tapşırığına uyğun olaraq fevral ayının ikinci ongünlüyünün sonundan başlayaraq Abşeron yarımadasında qənaət rejiminə keçib.

Cia.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib. Onun sözlərinə görə, bu qənaət rejimi mənbələrdən götürülən suyun azaldılması ilə bağlı əhalinin dayanıqlı su təchizatının aparılması məqsədilə atılıb.

“Xəzər, Pirallahı, Xətai, Suraxanı, Sabunçu, Binəqədi, Bağlar massivi, Abşeron, Sumqayıt, Qaradağ rayonunun kənd və qəsəbələrində fasiləsiz su olan bəzi ərazilərdə gecə saatlarında, bəzi ərazilərdə isə günün müxtəlif saatlarında suyun verilməsində fasilə yaranır. Bu da anbarlarda ehtiyatların toplanması ilə bağlıdır. Elə ərazilər var idi ki, biz oranı 14 saat su ilə təmin edirdik, amma indi 8-10 saat təmin edə bilirik. Ən çox da tənzimləmə qrafiki Bakıətrafı ərazilərdə, daha çox həyət evlərində vətəndaşlar tərəfindən fərdi qaydada çəkilmiş primitiv şəbəkələrin üstünlük təşkil etdiyi ərazilərdə tətbiq olunur”, - deyə Anar Cəbrayıllı vurğulayıb.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Bakının bir neçə ərazisində suyun verilişində yaranan problemlərlə bağlı narazılıqlar olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.