Omeqa 3 yağ turşuları döş xərçənginə qarşı ən uğurlu qida vasitəsi hesab edilir.
Cia.Az xəbər verir ki, Ontarionun Gelf universitetinin alimləri Omeqa-3 yağ turşularının faydalarına dair yeni bir araşdırma apararaq, yağlı balığın döş xərçənginin qarşısını almaq üçün əla qida olduğunu tapdı. Təcrübələr zamanı omeqa 3 müalicəvi potensialı ilə tanınan kətan yağını belə üstələyib.Balıqlarda olan omeqa-3 yağ turşuları xərçəng şişlərinin ölçüsünü 60-70% azaldır. Həkimlər hesab edir ki, şişlərin qarşısını almaq üçün həftədə 2-3 pay yağlı balıq yemək lazımdır.
Təcrübə zamanı döş xərçəngindən (HER-2 forması) əziyyət çəkən siçanlar müxtəlif növ omeqa-3 yağ turşuları ilə qidalandırılıb. Nəticədə məlum olub ki, Omeqa-3 yağlı balıqlar şişlərə ən çox təzyiq edici təsir göstərir.
Alimlərin araşdırmalarına görə, Omeqa-3-ün bitki mənbələri də şiş böyüməsinin dayandırılmasına kömək edir. Balıqdan alınan yağ turşuları şişləri 60-70%, kətan yağından olan yağ turşuları isə şiş ölçüsünü 30% azaldır. \Medicina.az
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.