Bu gün Gürcüstandakı vəziyyət bizi narahat edir, oradan narahatlıq doğuran kadrlar görürük.
Cia.Az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
“Bu, bizi narahat etməyə bilməz”, - deyə o bildirib.
Dövlət başçısı qeyd edib ki, hazırda Gürcüstan ciddi təzyiq altındadır və ölkə barışıq yolu tapmalıdır.
Qeyd edək ki, Gürcüstanda "Xarici agent haqqında" qanunun qəbuluna etiraz olaraq kütləvi aksiyalar başlanılıb. Hakimiyyət qanunu geri çəksə də, aksiyaçılar hökumətin istefası tələbi ilə mitinqlərə davam edirlər. \Axar.Az
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.