Martın 21-də yaz gecə-gündüz bərabərliyi baş verəcək. Rus astroloq Alina Safronovanın sözlərinə görə, bu, həyatı alt-üst edə biləcək enerji baxımından güclü bir gündür.
Cia.az "life.ru"ya istinadən xəbər verir ki, 21 martda Günəş yeni dövrün başlanğıcını simvolizə edən Qoç bürcünə daxil olacaq.
Astroloq Alina Safronova əmindir ki, 21 martda insanlar güc, yaradıcı və həyati enerji artımı hiss edə bilərlər.
"Bu zaman mühüm qərarlar qəbul etmək, yeni işlərə başlamaq və həyat tərzini dəyişmək üçün əlverişlidir. 21 mart hər cür münasibətləri yaxşılaşdırmağa kömək edəcək. Razılaşmalar əldə etmək, işgüzar münasibətləri yaxşılaşdırmaq daha asan olacaq. Ümumiyyətlə, martın sonu mühüm qərarlar qəbul etmək və planlarınızı həyata keçirmək üçün əlverişli zamandır", - A.Safronova bildirib.
Astroloq gələcək üçün planlar qurmağı, arzu xəritəsi hazırlamağı tövsiyə edir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.