banner
banner

Dünya

ABŞ ilə İranın Suriya torpaqlarında savaşı

ABŞ ilə İranın Suriya torpaqlarında savaşı

ABŞ bazasına hücum – ölən və yaralananlar var

Cia.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) martın23-də yerli vaxtla saat 13.30-da İrana məxsus bir kamikadze dron vasitəsi ilə Suriyanın Haseke vilayətindəki ABŞ hərbi bazasına hücum edildiyini, hücum nəticəsində bazanın 1 nəfər əməkdaşının öldüyünü, 1 nəfər əməkdaşının və 5 nəfər ABŞ hərbçisinin yaralandığını bəyan edib. Yaralı hərbçilərdən ikisinə hərbi bazada yardım edilib, digər 3 hərbçi və 1 nəfər əməkdaş müalicə edilmək üçün İraqda İŞİD-ə qarşı koalisiyaya məxsus tibb müəssisələrinə aparılıb.

Açıqlamada hücum edən PUA-nın İrana məxsus olduğu bildirilir.

ABŞ Müdafiə naziri Lloyd Ostinin bəyanatında deyilir: “Prezident Baydenin göstərişi ilə ABŞ Mərkəzi Komandanlığı qüvvələrinə İran İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə əlaqəli qrupların istifadə elədikləri bazalara hava hücumları edilməsi səlahiyyəti verdim. Bu hücum martın 23-də bizə edilən hücum ilə yanaşı, İİKK ilə əlaqədar qruplar tərəfindən Suriyadakı Koalisiya qüvvələrinə qarşı son dövrdə edilən bir sıra hücumlara cavab olaraq həyata keçirildi”.

Hürr Tərcüman

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.