banner
banner

Gündəm

İşdən çıxarılan icra başçısını Vasif Talıbovla nə bağlayır?

İşdən çıxarılan icra başçısını Vasif Talıbovla nə bağlayır?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif  Talıbovun tutduğu vəzifədən azad edilməsindən sonra onun yaxın çevrəsinin də neytrallaşdırılmasına start verildi. 

Cia.az xatırladır ki, Vasif Talıbovun oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetindən tutduğu prorektor vəzifəsindən uzaqlaşdırıldı, qızı Baharxanım Talıbova "Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının üzvlüyündən çıxarıldı və s. Bundan başqa, keçmiş Ali Məclis sədrinə yaxın bəzi vəzifəli şəxslərin, o cümlədən Sədərək Gömrük Postunun rəisi Nicat Mahmudovun karyerasına son qoyuldu. 

Nicat Mahmudovdan sonra belə təəssürat yaranmışdı ki, prosesə ara verilib. Lakin Ordubad rayonunun icra başçısı Elşad Məmmədovun işdən çıxarılması göstərdi ki, Muxtar Respublikanın Talıbov və onun adamlarından təmizlənməsi davam edir. 

Məlumat üçün deyək ki, Elşad Məmmədov 2013-cü ildə Ordubadın icra başçısı təyin olunmuşdu. Ondan əvvəl bu vəzifəni Elşad Əliyev tutub. O, 2013-cü ildə Vasif Talıbovun sərəncamı ilə Muxtar Respublikanın kənd təsərrüfatı naziri təyin edilib. Bu təyinatdan sonra Elşad Məmmədov Ordubadın rəhbərliyinə gətirilib və bunda Vasif Talıbovun xüsusi rolub olub. 

Ümumiyyətlə, Naxçıvanla bağlı məlumatlı olan şəxslər deyir ki, Muxtar Respublikada yüksək vəzifə daşıyanlar Vasif Talıbova yaxın ətrafına daxil olan kadrlar olub. Bu baxımdan, Naxçıvanda təmizləmələrin davam edəcəyi şübhəsizdir. 

İddialara görə, paralel olaraq Talıbovun  27 illik fəaliyyəti də araşdırılır. Naxçıvanda onun adamları vəzifələrdən uzaqlaşdırıldıqdan sonra keçmiş Ali Məclis sədrinin fəaliyyətinə hüquqi qiymət verilməsi məsələsi gündəmə gələ bilər.

qaynarinfo.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.