banner
banner

Hərbİ

“HƏRBÇİLƏRLƏ ƏSİR KİMİ DAVRANIRLAR…” – “Erməni əsirlərə edilməyən hərəkətlər burada bizə edilir”

“HƏRBÇİLƏRLƏ ƏSİR KİMİ DAVRANIRLAR…” –

Naxçıvan şəhər sakinləri olan bir qrup hərbçi tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarının açıqlanmasını istəməyəy hərbçilər bildirirlər ki, Şahbuz rayonunda yerləşən N saylı hərbi hissədə özbaşınalıq bitmir:

“Ad-soyad verməməyimizin səbəbi odur ki, bilsələr, bizi işimizdən edərlər.

Bildiririk ki, hərbi hissədə 13-14-cü əmək haqlarımız mənimsənilir. Telefonlarımız dinlənilir. Ailəmiz üçün narahat oluruq, adlarımızı bilsələr işimizə son verəcəklər. Bu zaman bütün əziyyət ailənin üzərinə düşəcək.

Kərəm Mustafayevin başımıza açdırdığı oyunlar sonsuzdur. Vaxtımızı gözləyirik ki, sağ-salamat, təmiz adımızla hərbi hissəni bitirək. Hərbçilərlə əsir kimi davranırlar. Məzuniyyət verilmir, özlərinə necə sərf edir, elə də davranırlar.

Mayor Səfərov İqbal var, “maxe”dir. Bu şəxs hərbçilərin qənimidir. Cuzi bir səhvlə 1 aylıq xidmət haqqımızı mənimsəyir. Heç kəs də onunla bacara bilmir. Hamısı əlbirdirlər.

Şahbuzdakı N saylı hərbi hissədə maxe qalmayacaq. Erməni əsirlərə edilməyən hərəkətlər burada bizə edilir. Mayor Səfərov İqbal hərbiçilərin düşmənidir.

Biz də məzuniyyət, 13-14-cü əmək haqqı istəyirik. İşimizə son verilən günü Prezident Aparatına gedəcəyik, başqa yolumuz yoxdur. Heç kəsin bizi əzməyə haqqı yoxdur.

Xahiş edirik ki, səsimizi lazımı orqanlara eşitdirin, bəlkə bu özbaşınalığın da sonu çata”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.

Bu məzunlar orduda birbaşa leytenant kimi xidmət edəcək

Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.