banner
banner

Gündəm

Abutalıbov Bayılı Bodruma çevirdi- VİDEO

Abutalıbov Bayılı Bodruma çevirdi-

Bir aydan sonra Azərbaycanda başlayacaq I Avropa Oyunları ərəfəsində Səbayel rayonunda təqdirəlayiq addım atılıb. Bayıl yamacındakı ağ mənzərə görənləri heyran qoyacaq.

ANS TV-nin məlumatına görə, yamacı rəngarəng yox, gözümüz öyrəşməyən, amma eyni zamanda çox gözəl bir mənzərə - ağ rəngli fasadı və qırmızı dam örtüyü olan evlər bəzəyir.

Bu mənzərəni isə yalnız dənizkənarı bulvar boyu, ya da Dövlət Bayraq Meydanı ərazisindən görmək mümkündür.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən irəli sürülən ideya nəticəsində dağ yamacı boyu fərdi yaşayış evlərinin hamısı bu cür rənglənib.

Bu mənzərə daha çox Türkiyənin Bodrum şəhərini xatırladır. Yəni məhz Bodrumda dəniz kənarında yerləşən dağın ətrafındakı fərdi yaşayış evlərinin hamısı bir rəngdədir. Bu da şəhərə gözəlik verən amillərdən biridir.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.