İranın İsfahan şəhərində güclü partlayış baş verib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Belə ki, İsfahanda baş vermiş partlayış nəticəsində 12 ev dağılıb, bir nəfər həlak olub.
“Partlayış 12 yaşayış evinin qismən və tam dağılmasına səbəb olub. Bu hadisə bir nəfərin ölümü ilə nəticələnib, ilkin araşdırmalar partlayışın böyük ehtimalla qaz sızması nəticəsində baş verdiyini göstərir”, - deyə İsfahan şəhər Yanğınsöndürmə İdarəsinin sözçüsü Kave Ahəngəran bildirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.