Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində yanğın olub.
Cia.az xəbər verir ki, report-un məlumatına görə, baş vermiş yanğın nəticəsində hazırda şəxsiyyətləri məlum olmayan 2 nəfər sexin içərisində yanıb ölüb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın nəzarətə götürülərək söndürülüb, 370 kvadratmetr sahəsi olan sexin 44 kvadratmetri yanıb, geri qalan hissəsi isə yanğından mühafizə edilib.
FHN-in Əməliyyat-İstintaq İdarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinə baxış keçirilməklə araşdırma aparılır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.