banner
banner

Gündəm

Gömrük Komitəsi TƏCİLİ məlumat yaydı

Gömrük Komitəsi TƏCİLİ məlumat yaydı

Fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük orqanlarına yazılı (elektron) formada bəyan edilməlidir.

Cia.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, aparılan təkmilləşdirilmələr çərçivəsində cari ilin fevral ayının 15-dən etibarən gömrük orqanlarına bəyan edilən mobil telefon və digər simsiz rabitə avadanlıqları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin vahid elektron xidmətlər portalında qeydiyyata alınır.

Fiziki şəxslərin ölkə ərazisində əldə edəcəkləri mobil telefon və digər simsiz rabitə avadanlıqlarının qeydiyyata alınması barədə məlumatı IMEI kodu vasitəsilə müvafiq portal (portal.rinn.az) üzərindən yoxlamaları tövsiyə olunur.

Eyni zamanda Dövlət Gömrük Komitəsinin 195/6 Çağrı Mərkəzindən də məlumat almaq olar.

Nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinə əsasən gömrük orqanlarına bəyan edilməyən mobil telefon və digər simsiz rabitə avadanlıqlarının ölkə ərazisinə gətirilməsi məsuliyyət yarada bilər.

“Dövlət Gömrük Komitəsi bir daha diqqətə çatdırır ki, xaricdən gətirilən mobil telefonlar və digər simsiz rabitə avadanlıqları sərhədkeçmə anında mütləq şəkildə gömrük orqanlarına bəyan edilməlidir. Bəyannamə yazılı, yaxud elektron qaydada köşklər, e.customs.gov.az portalı və “Smart Customs” mobil tətbiqi vasitəsilə təqdim edilə bilər”, - deyə məlumatda bildirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.