"İkinci azərbaycanlı əsgəri hələ tapmamışıq" - Ermənistan MN
“İkinci azərbaycanlı əsgər hələ də tapılmayıb”.
Cia.az KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediasına Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.
O bildirib ki, Ermənistan ərazisinə azaraq keçən azərbaycanlı hərbçi hələ də tapılmayıb.
“Hazırda hüquq-mühafizə orqanları ilə birgə əməliyyat-axtarış tədbirləri davam etdirilir”, – Torosyan deyib.
“Azərbaycanlının axtarışları ancaq Zəngəzur rayonunda aparılır?” sualına isə Aram Torosyan cavab verməyib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu itkin düşüb. Hadisə Şahbuz rayonu istiqamətində baş verib. Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən əsgərlərimiz ərazidə istiqaməti itirərək azıblar.
Erməni mediası onlardan birinin əsir düşdüyünü bildirib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.