banner
banner

Gündəm

Zəngəzurda yenə atəş səsləri: ölən var - Nə baş verir?

Zəngəzurda yenə atəş səsləri: ölən var - Nə baş verir?

Ötən gün gecə saatlarında Zəngəzur vilayətinin Qafan rayonunda mis-molibden mədənində çalışan bir mühafizəçi güllənib.

Cia.az Globalinfo.az-a istinadən xəbər verir ki, bundan sonra ərazidə yaşayan insanlar arasında təşviş artıb. Sakinlər Azərbaycan-Ermənistan sərhədində yaşanan son olaylardan sonra bu qətlin diversiya ola biləcəyi haqda fikirlər səsləndiriblər.

Onlar son vaxtlar əvvəlcə Qarakilsədə, sonra isə Zəngəzurun Bnunis kəndidə “azərbaycanlı hərbçilərin peyda olması” xəbərinə istinad edərək, bunun guya həmin əsgərlər tərəfindən törədilə biləcəyinə eyham vurublar.

Hadisənin ilk saatlarından rəsmi qurumlardan məlumat almaq mümkün olmayıb. Bu isə əhali arasında təşvişi daha da artırıb.

Daha sonra açıqlama verən Qacaran şəhər rəsmiləri hadisəni təsdiq ediblər. Bildirilib ki, olay zamanı 55-60 yaşlarında mühafizəçi tüfənglə vurulub. Cinayətkar onun telefonunu da oğurlayıb.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Diqqətçəkən məqam ermənilərin artıq ölkədaxili mülki konfliktlərdə də Azərbaycanı ittiham etməyə başlamasıdır. Bu isə xüsusən Zəngəzurda erməni əhalinin hansı psixoloji vəziyyətdə olduğunu müəyyən etməyə əsas verir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.