banner
banner

Gündəm

Ərdoğanın vəziyyəti necədir? - Yeni açıqlama

Ərdoğanın vəziyyəti necədir? - Yeni açıqlama

“Prezident Rəcəb Tayyib Ərdoğanın sağlam və güclü formada vəzifəsinin başındadır”. 

Cia.az xəbər verir ki, bunu Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

O deyib ki, bəzi dairələr ölkə liderinin səhhətinə dair əsassız məlumatlar yayırlar və bununla siyasi qazanc əldə etməyə çalışırlar.

Xatırladaq ki, R.T.Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib. Ona görə də verilişə fasilə verilib.

Canlı yayım bərpa edildikdən sonra Türkiyə lideri deyib: “Seçki kampaniyasına görə çox işləyirik. Bu səbəbdən mədəmə soyuq olub”.

Dövlət başçısının aprelin 26-na nəzərdə tutulan proqramı təxirə salınmışdı. R.T.Ərdoğan ötən gün evində istirahət edib.   /Report/



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.